Meksikanın qapıçısı: "Karyeramda ən yaxşı oyunum oldu"
18 İyun 2014 11:56 İdman"Çox çətin oyun oldu. Braziliyanın ev sahibliyi etdiyi yerdə matç oynamaq heç də asan deyil. Komandam çox yaxşı müdafiə olundu və bizim üçün çox vacib olan bir xalı qazandıq". Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Meksika millisinin qapıçısı Qilyerma Oçoa "DÇ-2014"də Braziliya ilə oyundan (0:0) sonra deyib. Sözügedən qarşılaşmada möhtəşən qurtarışları ilə diqqət çəkən qolkiper öz çıxışını da dəyərləndirib: "Futbolçu karyeram ərzində ən yaxşı oyunum oldu. Braziliya qarşısında dünya çempionatında qapını toxunulmaz saxlamaqdan yaxşı bir şey yoxdur. Mənim üçün ən çətin Neymarın başı ilə vurduğu zərbə oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31