Kapello: "Cənubi Koreya məni təəccübləndirmədi"

"Biz bu oyunda bir qədər qapalı oynadıq. Buraxılan qoldan sonra komanda bacarığını ortaya qoydu. İlk hissədə qol vurmaq üçün xeyli imkanımız oldu, ancaq rəqib təhlükəni aradan qaldıra bildi". Bu sözləri Rusiya millisinin baş məşqçisi Fabio Kapello "DÇ-2014"də Cənubi Koreya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis rəqibin onu heç nə ilə təəccübləndirmədiyini bildirib: "Cənubi Koreyanın sürətli və pressinqli oyuna üstünlük verdiyini bilirdim. Ancaq rəqib məni heç nə ilə təəccübləndirmədi. İqor Akinfeyevin səhvinə gəlincə onun ümumi çıxışından razı qaldım. Hər bir qapıçının səhv etmək ehtimalı olur. Oyundan sonra ona heç nə demədim". 

Qeyd edək ki, Rusiya - Cənubi Koreya matçı 1:1 hesabı ilə başa çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31