Rusiya - Cənubi Koreya: 1-1

 Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında qrup mərhələsində I turun turun ikinci görüşü baş tutub.

ANS PRESS-in məlumatına görə, ötən seçmə mərhələdə rəqibimiz olmuş şimal qonşularımız Cənubi Koreya ilə üz-üzə gəlib. Tərəflər tarixləri ərzində cəmi 1 dəfə üz-üzə gəlib ki, həmin matçda da Fabio Kapellonun yetirmələri Uzaq Şərq təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.

Argentinalı Nestor Pitananın hakimliyi ilə keçirilən oyunun ilk hissəsi tərəflərin qolsuz bərabərliyi ilə başa çatıb. İkinci hissədə də gərgin mübarizə şəraiti müşahidə olunub. Oyunun 68-ci dəqiqəsində rus qapıçı Akinfeyevin buraxdığı səhv komandası üçün yaxşı olmayıb və koreyalılar hesabı açıblar. Çox keçməyib ki, oyunun 74-cü dəqiqəsində Aleksandr Kerjakov hesaba tarazlıq gətirib.

Oyunun əsas hissəsinə əlavə olunan 4 dəqiqədə də hesab açılmayıb və matç bu nəticə ilə başa çatıb - 1:1.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31