Braziliya - Meksika: 0-0

Bu oyundan sonra A qrupunda hər iki komandanın 4 xalı olub

  Braziliya - Meksika matçında hesab açılmadı.

ANS PRESS-in məlumatına görə, bu oyundan sonra A qrupunda hər iki komandanın 4 xalı olub.

Türk referi Cüneyt Çakır isə oyunçulara 4 sarı vərəqə verib. "Xoşbəxtlik" Ramiresə, Paul Aguilara, Jose Vazquezə və
Thiago Silvaya qismət olub. Bu "yarışda" da hesab bərabərləşib.

01.55

Futbol üzrə Dünya çempionatının növbəti oyunları keçirilir.

ANS PRESS-in məlumatına görə, A qrupunda ikinci turun oyunları çərçivəsində Bakı vaxtı ilə saat 00.00-da başlayan Braziliya - Meksika matçında artıq oyunun 37-ci dəqiqəsi gedir, hesab açılmayıb.

Qeyd edək ki, hər iki komanda ilk oyunda qalib gəldiklərindən hesablarında 3 xal var. Bu gün udacaq komanda isə qrupun lideri olacaq.

Görüşü Türkiyədən olan referi Cüneyt Çakır idarə edir.

Komandalar bu heyətlə meydançaya çıxıb.

Braziliya: Sezar, Alves, Silva, Luiz, Marselo, Paulinyo, Fred, Neymar, Oskar, Ramires, Qustavo

Meksika: Ocoa, Rodriqes, Marques, Herrera, Layun, Dos Santos, Moreno, Quardado, Peralta, Aguilar, Vasques

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31