Dəvə qələbəni Braziliyaya verdi VIDEO

Shaheen üstündə yığmaların adı olan iki lövhədən birini yıxır və bununla da kimin qalib gələcəyini göstərir

Braziliyada futbol üzrə Dünya Kuboku yarışlarında hər oyundan qabaq bütün diqqət Dubaylı Shaheenə yönəlir. O, oyunda kimin qalib gələcəyini bildirir. Bu gün keçiriləcək Braziliya-Meksika oyununda Shaheen qələbəni Braziliyaya verir.

Qeyd edək ki, Shaheen dəvənin adıdır. O, Dubayda səhrada yaşayır.Shaheen indiyə kimi Braziliya-Xorvatiya, Hollandiya-İspaniya, İtaliya-İngiltərə, Argentina-Bosniya və Hersoqovina oyunlarının qalibini asanlıqla tapıb. Bircə Almaniya-Portuqaliya oyununda səhv edib. Shaheen üstündə yığmaların adı olan iki lövhədən birini yıxır və bununla da kimin qalib gələcəyini göstərir. Heç birinə toxunmasa, heç-heçə deməkdir.2014-cü ilin dünya kuboku oyunlarının nəticəsini əvvəlcədən bildirən Nelly adlı fil, Roo adlı köpək, Flopsy adlı kenquru, Yekəbaş adlı tısbağa var, ancaq onlar arasında Almaniya-Portuqaliya oyununa qədər səhvsiz proqnoz verən təkcə Shaheen idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31