Hart: "Braziliyaya qələbə üçün gəlmişik"
17 İyun 2014 19:10 İdmanİngiltərə millisinin qapıçısı Co Hart komandasının "DÇ-2014"dəki şansları haqda danışıb. Təcrübəli qolkiper İngiltərə Futbol Federasiyasının rəsmi saytına açıqlamasında Braziliyaya qələbə üçün getdiklərini bildirib: "İngiltərə millisinin yaxşı bünövrəsi var. Bunun da əsasında komanda oyunu dayanır. Braziliyaya qələbə qazanmaq üçün gəlmişik. Məğlubiyyət normaldır. Lakin bu, bizi daha da təkmilləşdirməlidir. Qarşıda bizi Uruqvayla çətin oyun gözləyir. Bu görüşdə qələbə qazanmalıyıq".
Qeyd edək ki, Uruqvay - İngiltərə oyunu iyunun 19-da, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31