Hummelsdən "Mançester Yunayted" açıqlaması
17 İyun 2014 20:15 İdman"Borussiya" (Dortmund) klubunun ulduz futbolçusu Mats Hummels "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Alman futbolçu "Daily Telegraph"a açıqlamasında "Borussiya"dan ayrılmaq istəmədiyini deyib: "Mançester Yunayted"? Bəlkə bir gün İngiltərəyə gedə bilərəm, ancaq indi yox. Ümumiyyətlə transfer haqda danışmaq istəmirəm. Hazırda bütün diqqətimi dünya çempionatına yönəltmişəm".
Qeyd edək ki, 25 yaşlı futbolçu 2009-cu ildən "Borussiya"nın şərəfini qoruyur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31