Torres: "İspaniyanın öz gücünə şübhəsi yoxdur"
17 İyun 2014 20:10 İdmanİspaniya millisinin hücumçusu Fernando Torres komandasının "DÇ-2014"də şanslarını dəyərləndirib. "Marca" qəzetinə danışan təcrübəli futbolçu komandasının qrupdan çıxacağına inandığını bildirib: "Hollandiyaya acı məğlubiyyətdən sonra (1:5) çətin günlər yaşayırıq. Bəli, bu nəticədən məyus olduq, ancaq gələcəyə inamla baxırıq. Əsas odur ki, qorxmuruq. Çili və Avstraliyanı məğlub edəcəyimizə inanırıq. Komanda çətin vəziyyətə düşdükdə insanda uğur qazanacağınızla bağlı şübhə yaranır. Lakin İspaniya millisində belə problem yoxdur". Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31