"Fənərbağça" "Lion"un hücumçusuna "elçi" düşüb

"Yuventus"dan Miloş Krasiçi transfer edən "Fənərbağça" klubu daha bir ulduz futbolçuya "elçi" düşüb.Qol.Az-ın məlumatına görə, "sarı-lacivərdlilər" "Lion"un hücumçusu Bafetimbi Qomisi transfer etmək niyyətindədirlər."Fənərbağça"nın baç məşqçisi Aykut Kocaman yeni mövsümdən Qomisi komandasında görmək istəyir. İstanbul təmsilçisi fransız futbolçunun transferi üçün "Lion"a 9 milyon avro təklif edib. Lakin 27 yaşlı futbolçunun "Fənərbağça"nın təklifini rədd etdiyi bildirilir.

Qeyd edək ki, 2009-cu ildən "Lion"da çıxış edən Qomis keçirdiyi 107 oyunda 34 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31