Skolari: "Meksikadan sürpriz gözləmirəm"
17 İyun 2014 14:15 İdmanBraziliya millisinin baş məşqçisi Luis Felipe Skolari "DÇ-2014"də bu gecə qarşılaşacaqları Meksika ilə oyun haqda danışıb. Təcrübəli mütəxəssis "Sambafoot"a açıqlamasında Meksika yığmasından sürpriz gözləmədiyini bildirib: "Meksika millisinə qarşı oynamaq hər zaman çətin olub. Lakin biz rəqibi yaxşı öyrənmişik. Miqel Errera az müddətdir yığmada çalışır. Komandada müəyyən dəyişikliklər edib. Ancaq biz hazırıq. Düşünmürəm ki, Meksika millisi bizimlə oyunda hansısa sürpriz etsin".
Qeyd edək ki, Braziliya - Meksika oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31