"Qəbələ"nin bütün rəqibləri bəlli oldu
17 İyun 2014 14:13 İdmanSloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin hazırlıq prosesi boyunca keçirəcəyi oyunların tarixi və rəqibləri dəqiqləşib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ilk matçda Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa"nı 1:0 hesabilə məğlub edən "qırmızı-qaralar" adıçəkilən ölkədə daha 3 oyun keçirəcək:
18 iyun - "Koper" (Sloveniya)
21 iyun - "Botev" (Bolqarıstan)
26 iyun - "Maribor" (Sloveniya)
Xatırladaq ki, "Koper" və "Botev" 2013-2014 mövsümündə ölkələrini Avropa Liqasında, "Maribor" isə Çempionlar Liqasında təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31