Suarez: "Tam hazır olmayana qədər oynamayacam"

Uruqvay millisinin futbolçusu Luis Suarezin İngiltərə ilə matçda iştirak edib-etməyəcəyi hələ də dəqiqləşməyib. Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, zədəli olduğu üçün üç həftədir müalicə olunan hücumçu tam sağalmayana qədər yaşıl meydanlara qayıtmayacağını deyib: "Kosta Rika ilə matçda oynayıb komandama kömək etmək istəyirdim. Amma görüşü kənardan izləməyim ən düzgün qərar idi. Heç zaman "DÇ-2014"də iştirak etməyəcəyimi düşünməmişəm. Əməliyyatdan sonra müalicəm davam edir. Yaşıl meydanlara tam hazır olandan sonra qayıdacam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31