Keyruş: "Heç bir komanda qələbəni haqq etmədi"
17 İyun 2014 12:10 İdmanİran millisinin baş məşqçisi Karluş Keyruş "DÇ-2014"də qarşılaşdıqları Nigeriya ilə oyundan sonra açıqlamalar verib. Qol.Az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis nəticənin ədalətli olduğunu bildirib: "Biz matçboyu konsentrasiyanı saxladıq və intizamlı oynadıq. Futbolçularıma təşəkkür edirəm. Bu gün onlar çox çətin oyun keçirdilər. Düşünürəm ki, heç bir komanda qələbəni haqq etmədi. Nəticə ədalətli oldu".
Qeyd edək ki, İran - Nigeriya oyunu 0:0 hesabı ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31