"İnter" Avstriya klubunu darmadağın etdi
17 İyun 2014 12:17 İdmanAvstriyada təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yerli "Buhşaxen" klubu ilə qarşılaşan komandamız rəqibini 5:0 hesabı ilə darmadağın edib. Qollardan ikisini "İnter"in yeni transferi Mirzağa Hüseynpur vurub. Baçana Sxadadze, Arif Daşdəmirov və Dieqo Madriqal isə hərəyə bir dəfə fərqlənib.
Qeyd edək ki, iyunun 19-da "İnter" növbəti yoxlama matçına çıxacaq. Kaxaber Sxadadzenin komandası bu oyunda Avstriyanın "Şturm"(Qraz) klubu ilə üz-üzə gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31