Ronaldulu Portuqaliyanı darmadağın etdilər, dünya çempionatında ilk qolsuz bərabərlik və ən erkən qol - YENİLƏNİB
17 İyun 2014 10:09 İdmanBraziliyada davam edən dünya çempionatının növbəti günü daha 3 qarşılaşma baş tutacaq. Milli.Az apasport.az-a istindən xəbər verir ki, öncə meydana F qrupunda mübarizə aparan İran - Nigeriya futbolçuları çıxıblar.Asiya və Afrika təmsilçilərinin mübarizəsində nigeriyalılar favorit hesab olunsalar da, oyun bərabər şəkildə keçib və tərəflərdən heç biri qalib gələ bilməyib.Bu görüşün ardınca daha 1 qrupda mübarizəyə start verilib. G qrupunda Berti Foqtsun məsləhətçi kimi çalışdığı ABŞ yığması Qana qarşısında ilk sınağına çıxıb. Matç amerikalılar üçün heç də asan keçməyib Buna baxmayaraq, ABŞ millisi tarixində ilk dəfə Qana üzərində qələbə qzanıb. Oyun 2:1 hesabı ilə başa çatıb.
Günün son qarşılaşmasında Belçika Əlcəzairin gücün yoxlayacaq. Matçda birincilərin asanlıqla qalib gələcəyi proqnozlaşdırılır.
17 iyun
F qrupu
İran - Nigeriya-0:0
İran: Hegigi, Heydəri, Safi, Hüsseyni, Əmirhüseyn, Nekounam, Andranik, Möntəzeri, Reza, Dejagah, Mehrdad.
Nigeruya: Enyeama, Ambrose, Musa, Emenike, Mikel, Moses, Oshaniva, Azeez, Onazi, Omerio
G qrupu
Qana - ABŞ - 1:2
Qol: A.Ayev, 82 - Dempsey, 1; Brooks, 86
Qana: Kvarasey, Gyan, Opare, Atsu, A. Ayev, Muntari, J. Ayev, Rabiu, Conatan, Asamoa, Boye
ABŞ: Hovard, Bredli, Besler, Beasley, Dempsey, Bedoya, Cones, Bekerman, Altidore, Kameron, Conson
H qrupu
21:00 Belçika - Əlcəzair
----------------
16.06.2014
22:51
Braziliyada keçirilən dünya çempionatı öz axarı ilə davam etməkdədir. Milli.Az apasport.az saytının məlumatına görə, G qrupunda əsas matçı hesab edilən Almaniya və Portuqaliya arasındakı görüş bu günə təsadüf etdi. Bu qarşılaşma ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmannın məsləhətçisi olan Berti Foqtsun da diqqət mərkəzində oldu. Bu 2 Avropa komanda indiyədək yaşıl meydanlarda 17 dəfə üz-üzə gəlib. Qarşılaşmaların 9-da almanlar, 3-də isə portəkizlər qələbə qazanıb. 5 matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də Almaniya üstündür - 25:16.
16 iyun
G qrupu
Almaniya - Portuqaliya - 4:0
Qol: Müller, 12 (penalti); 45; 78; Hummels, 32
Qırmızı vərəqə: Pepe, 37
Hakim: Milorad Majiç (Serbiya)
Salvador. "Fonte-Nova" stadionu
Almaniya: 1. Noer, 4. Hövedes, 5. Hummels, 6. Xedira, 8. Özil, 13. Müller, 16. Lam (k), 17. Mertesaker, 18. Kroos, 19. Götze, 20. Boatenq
Baş məşqçi: Yoahim Löv
Portuqaliya: 12. Patrisio, 2. B.Alves, 3. Pepe. 4. Miqel, 5. Koentrao, 7. Ronaldo (k), 8. Moutinyo, 9. Almeyda, 16. Meireles, 17. Nani, 21. Pareyra
Baş məşqçi: Paulo Bentu
--------
22:37
Milli.Az xəbər verir ki, Almaniya - Portuqaliya oyununda dördüncü qol vuruldu. Oyunun 78-ci dəqiqəsində Almaniyanın oyunçusu Müller fərqləndi. Almaniya - Portuqaliya - 4:0.
---------
21:45
Milli.Az xəbər verir ki, Almaniya - Portuqaliya oyununda üçüncü qol vuruldu. Oyunun 45-ci dəqiqəsində Almaniyanın oyunçusu Müller fərqləndi. Almaniya - Portuqaliya - 3:0.
---------
21:31
Milli.Az xəbər verir ki, Almaniya - Portuqaliya oyununda ikinci qol vuruldu. Oyunun 32-ci dəqiqəsində Almaniyanın oyunçusu Xummels fərqləndi. Almaniya - Portuqaliya - 2:0.
---------
21:15
Milli.Az xəbər verir ki, Almaniya - Portuqaliya oyununda hesab açıldı. Oyunun 12-ci dəqiqəsində Almaniyanın oyunçusu Müller penalti zərbəsini dəqiq yerinə yetridi. Almaniya - Portuqaliya - 1:0.
---------
21:00
Braziliyada keçirilən dünya çempionatı öz axarı ilə davam etməkdədir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iyunun 16-da 3 fərqli qrupun oyunu keçiriləcək.
Əvvəlcə Bakı vaxtı ilə saat 00:00-da - iyunun 15-dən 16-na keçən gecə E qrupunun ilk oyunu keçirilib. Qrupun favoriti Fransa autsayder qismində görülən Hondurasla qarşılaşıb. Tərəflərin tarixi ərzində ilk oyununda avropalılar rəqiblərinə heç bir şans verməyiblər. 39 yaşlı braziliyalı referi Sandro Riççinin idarə etdiyi qarşılaşma Fransa millisinin asan qələbəsi ilə yükunlaşıb.
Bundan sonra F qrupunun oyuna start verilib. İkiqat dünya çempionu olan Argentina debütant Bosniya və Herseqovina yığması ilə üz-üzə gəlib.
Gərgin və maraqlı keçən görüşdə cənubi amerikalılar növbəti dəfə rəqiblərindən üstün olduqlarını nümayiş etdiriblər. Onlar öncə Bosniya və Herseqovina millisini avtoqol etməyə məcbur edib, ardınca Lionel Messinin qolu sayəsində hesab arasındakı fərqi artırıblar. Oyunun başa çatmasına 5 dəqiqə qalmış Vedad İbişeviçin qolu yalnız təsəlli xarakteri daşıyıb.
Bununla da tarixində 3-cü dəfə Bosniya və Herseqovina ilə üz-üzə gələn Argentina yenə meydanı qalib kimi tərk edib.
G qrupunda əsas matçı hesab edilən Almaniya və Portuqaliya arasındakı görüş də bu günə təsadüf edəcək. Bu qarşılaşma ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmannın məsləhətçisi olan Berti Foqtsun da diqqət mərkəzində olacaq. Bu 2 Avropa komanda indiyədək yaşıl meydanlarda 17 dəfə üz-üzə gəlib. Qarşılaşmaların 9-da almanlar, 3-də isə portəkizlər qələbə qazanıb. 5 matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də Almaniya üstündür - 25:16.
16 iyun
F qrupu
Argentina - Bosniya və Herseqovina - 2:1
Qollar: Kolazinak, 3 (avtoqol); Messi, 65 - İbişeviç, 85
Hakim: Xoel Aqilar (Salvador)
Rio-de-Janeyro. "Marakana" ("Mario Filyu") stadionu
Arqentina: Romero, Qaray, Kampanyaro, Sabaleta, Roxo, Fernandes, Di Mariya, Rodriqes, Maskerano, Messi, Aquero.
Bosniya və Herseqovina: Beqoviç, Biçakçiç, Spahiç, Kolazinak, Beşiç, Muydja, Pyaniç, Misimoviç, Luliç, Xayroviç, Djeko.
G qrupu
21:00 Almaniya - Portuqaliya
Hakim: Milorad Majiç (Serbiya)
Salvador. "Fonte-Nova" stadionu
Almaniya: 1. Noer, 4. Hövedes, 5. Hummels, 6. Xedira, 8. Özil, 13. Müller, 16. Lam (k), 17. Mertesaker, 18. Kroos, 19. Götze, 20. Boatenq
Baş məşqçi: Yoahim Löv
Portuqaliya: 12. Patrisio, 2. B.Alves, 3. Pepe. 4. Miqel, 5. Koentrao, 7. Ronaldo (k), 8. Moutinyo, 9. Almeyda, 16. Meireles, 17. Nani, 21. Pareyra
Baş məşqçi: Paulo Banto
E qrupu
Fransa - Honduras - 3:0
Qollar: Benzema, 44 (pen); 72; Valyadares, 48 (avtoqol)
Qırmızı vərəqə: Palasios, 43
Hakim: Sandro Riççi (Braziliya)
Portu-Aleqri. "Beyra-Rio" stadionu
Fransa: Lyoris, Debüşi, Evra, Sako, Varan, Matyuidi, Valbuena, Kabay, Poqba, Qrizmann, Benzema.
Honduras: Valyadares, Fiqeroa, İsaqirre, Bernardes, Bekeles, Palasios, Espinosa, Qarrido, Naxar, Kostli, Benqtson.
Fransa
1
1
0
0
3-0
3
İsveçrə
1
1
0
0
2-1
3
Ekvador
1
0
0
1
1-2
0
Honduras
1
0
0
1
0-3
0
--------
11:11
Futbol bayramının növbəti günündə daha 3 qarşılaşma baş tutacaq. Milli.Az xəbər verir ki, günün ən maraqla gözlənilən görüşü Almaniya və Portuqaliya arasında keçiriləcək. Ulduzlar toplusunun görüşü 21:00-da baş tutacaq. Daha sonra İran və Nigeriya, Qana və ABŞ milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.
16 iyun
G qrupu
21:00 Almaniya-Portuqaliya
03:00 Qana-ABŞ
F qrupu
00:00 İran-Nigeriya
Milli.Az