Həsən Ruhaninin matç keyfi (FOTO)

Ruhaninin futbol matçına baxmasını əks etdirən foto şəkil yayılıb

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin futbol matçına baxmasını əks etdirən foto şəkil yayılıb.ANS PRESS-in xəbərinə görə, şəkil prezident Ruhaniyə aid şəxsi tvitter səhifəsində nümayiş olunub.Foto şəkildə Həsən Ruhani sadə bir otaqda plazma televizorda DÇ - 2014 çərçivəsində keçirilən İran - Nigeriya qarşılaşmasını izləyir.Qeyd edək ki, idman geyimində oturan Ruhaninin qarşısında çay, şəkər, ləbləbi və meyvə var.Qarşılaşma isə 0-0 hesabla heç-heçə başa çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31