Almaniya - Portuqaliya: 4-0 VIDEO

Kriştiano Ronaldo yığma komandası olan Portuqaliyanı sevindirə bilməyib

 Almaniya - Portuqaliya matçı sona çatdı.ANS PRESS-in məlumatına görə, bu il İspaniya La Liqasında "Real Madrid" klubunda yaxşı oyun sərgiləyən Kriştiano Ronaldo meydana çıxsa da yığma komandası olan Portuqaliyanı sevindirə bilməyib və 0-4 hesablı məğlubiyyətinin acısını yaşayıb.

22.40

Futbol üzrə Braziliyada keçirilən dünya çempionatı çərçivəsində Almaniya - Portuqaliya oyununda artıq matçın 2-ci hissəsi gedir. Hesab 4-0 almanların xeyrinədir.

ANS PRESS-in məlumatına görə, 4-cü qola oyunun 78-ci dəqiqəsində Thomas Mueller imza atıb.

21.50

Almaniya - Portuqaliya oyununda 1-ci taym sona çatıb.

ANS PRESS-in məlumatına görə, hesab 3-0 almanların xeyrinədir. 3-cü qolu portuqaliyalıların qapısından 45-ci dəqiqədə 1-ci qolun müəllifi Thomas Mueller vurub.

21.38

Almaniya - Portuqaliya oyununda portuqaliyalılar azlıqda qalıb.

ANS PRESS-in məlumatına görə, Portuqaliyanın müdafiəçisi Pepe oyunun 37-ci dəqiqəsində başının üzərində qırmızı vərəqə görərək meydançadan qovulub.

21.32

Almaniya - Portuqaliya oyununda hesab artıq 2-0 almanların xeyrinədir.

ANS PRESS-in məlumatına görə, 2-ci topu Kriştiano Ronaldonun komandasının qapısından Mats Hummels 32-ci dəqiqədə keçirib.

21.20

Bu gün DÇ-2014 çərçivəsində daha iki qrupda oyunlar keçiriləcək.

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı saat 21.00-da başlayan Almaniya - Portuqaliya oyununda artıq hesab açılıb.

Qolu isə oyunun 12-ci dəqiqəsində Thomas Mueller penalti zərbəsi ilə vurub.

Qeyd edək ki, G qrupunda baş tutan oyunun 20-ci dəqiqəsi gedir. Oyunda isə hələlik yeganə sarı vərəqə 11-ci dəqiqədə Portuqaliyanın futbolçusu Joao Pereiraya verilib.

Oyunu Serbiyadan olan baş hakim Milorad Maziç idarə edir.

Xatırladaq ki, bu gün daha iki oyun keçiriləcək:

F qrupu:
00:00. İran - Nigeriya
Baş hakim: Karlos Vera (Ekvador)

G qrupu:
03:00. Qana - ABŞ
Baş hakim: Yunas Eriksson (İsveç)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31