Dünya Çempionatında ilk
O, Almaniyanın DÇ tarixində ən çox qol vuran 7-ci futbolçusu oldu
17 İyun 2014 09:27 İdmanÖtən gün DÇ-2014-ün "G" qrupu üzrə ilk qarşılaşması Almaniya və Portuqaliya yığmaları arasında baş tutub.ANS PRESS-in məlumatına görə, oyunda yadda qalan isə Tomas Müllerin nümayiş etdirdiyi performans olub. Alman futbolçu 2014-cü il Dünya çempionatında ilk het-trikə imza atıb.O, İspaniya La Liqasında "Real Madrid" klubunda yaxşı oyun sərgiləyən Kriştiano Ronaldonun da çıxış etdiyi Portuqaliya yığmasını 12, 45, 78-ci dəqiələrdə atdığı qollarla məyus edib. Bundan əvvəl isə almanlardan Gerd Müller, Helmut Rahn bu sevinci yaşayıb.Dünya Çempionatında 8-ci qolunu vuran Tomas, beləliklə Almaniyanın DÇ tarixində ən çox qol vuran 7-ci futbolçusu oldu.Xatırladaq ki, Almaniya ilə Portuqaliya qarşılaşması 4:0 almanların hesabına başa çatıb. Matçda 3 qolu Tomas Müller, digərini isə Mats Hummels vurub.