Çili - Avstraliya: 3-1

Hər 2 yığma indiyədək 4 dəfə üz-üzə gəlib

  Bu gecə DÇ-2014-ün "B" qrupu üzrə son oyunu başa çatdı.

ANS PRESS-in məlumatına görə, DÇ-2014-ün "B" qrupu üzrə son oyununda üz-üzə gələn Çili -Avstraliya qarşılaşmasının qalibi cənubi amerikalılar oldu - 3:1.

04:47

Matçın ikinci hissəsində müdafiədə ayıq-sayıq olmağa çalışan Avstraliya Millisi son dəqiqələrdə hesabı artırmağa çalışsa da, buna nail ola bilmədi. Çili komandası isə əlavə olunan 4 dəqiqədə top fərqini artırdı. 91-ci dəqiqədə Jan Biusejur hesabı 3-1 etdi.

03:47

Oyunun birinci hissəsinə əlavə olunan 2 dəqiqədə komandalar fərqlənə bilmədi və Çili Avstraliya üzərində 2-1 üstünlüklə fasiləyə yollandı.

03:35

İkinci qoldan sonra oyun tempini aşağı salan Çili, oyunun 35-ci dəqiqəsində ilk topu qapısında görüb. "Yaşıl qitəlilər"dən 4 nömrəli forma geyinən Tim Cahill fərqlənib. O, Franjikin sağ cinahdan qapı qarşısına ötürdüyü topu kəllə vuruşu ilə dəyərləndirdi. Cahill, həmçinin Hollandiyanın ulduzları Robin van Persi və Arjen Robbendən sonra son üç Dünya Çempionatında qol vurmağı bacaran ulduzlardan biri oldu.

03:15

Matça həvəslə başlayan cənubi amerikalılar elə matçın 12-ci dəqiqəsindəcə Aleksisin vurduğu qolla hesabı açıblar. İki dəqiqə sonra isə Valdivia hesabı artıraraq 2:0 edib.

03:00

Bu gün DÇ-2014-ün "B" qrupu üzrə son oyunu keçirilir.

ANS PRESS-in məlumatına görə, "B" qrupunda mübarizə aparan Çili və Avstraliya üz-üzə gəlir. Hər 2 yığma indiyədək 4 dəfə üz-üzə gəlib. Çili 3 qələbə qazanıb, 1 görüşdə heç-heçə olub. Top fərqində cənubi amerikalılar 6:1 üstündür.

Komandalar aşağıdakı heyətlə çıxış edəcəklər:

03:00 Çili - Avstraliya
Hakim: Numandyez Due (Kot-dİvuar)
Kuyaba. "Arena Pantanal"

Çili: 1. Bravo, 2. Mena, 4. İsla, 7. Alexsis, 8. Vidal, 10 Valdivia, 11. Varqas, 17. Medel, 18. Jara, 20. Aranquiz, 21. Dias.
Baş məşqçi: Jorj Sampaoli

Avstraliya: 1. Ryan, 2. Franjiç, 3. Davidson, 4. Cahill, 5. Milliqan, 6. Spiranoviç, 7. Leckie, 11. Qar, 15. Jednak, 22. Vilkinson, 23. Bresciano.
Baş məşqçi: Anjelos Postekoğlu

Mundialın ikinci gününün digər oyunlarında isə Meksika Kamerun yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç Meksika millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

B qrupunda isə DÇ-2014-ün erkən finalı adlandırılan İspaniya - Hollandiya oyunu keçirilib. DÇ-2010-un finalçılarının duelindən Hollandiya millisi qalib gəlib. Son dünya və Avropa çempionu olan ispanlar rəqibinə biabırçı hesabla məğlub olub - 1:5. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31