"Everton" baş məşqçisi ilə müqaviləni yenilədi

"Everton" baş məşqçisi Roberto Martineslə müqaviləni yeniləyib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 40 yaşlı mütəxəssislə beş il müddətinə yeni müqavilə imzalanıb. Beləliklə, o, 2018/2019 mövsümünün sonuna qədər "Everton"u çalışdıracaq.

Qeyd edək ki, R.Martines ötən ilin iyun ayından İngiltərə klubundan baş məşqçilik edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31