Kriştiano Ronaldonun son durumu

Dünən komandasının ümumi məşqini yarımçıq tərk edən Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun durumunda ciddi bir şey yoxdur. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, məşqdən sonra jurnalistlərə açıqlamasında "DÇ-2014"də Almaniya ilə matça yüz faiz hazır olduğunu deyib. Xatırladaq ki, zədəsini yeni sağaldan Ronaldo İrlandiya ilə yoldaşlıq görüşündə 65 dəqiqə oynamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31