David Luiz: "Final yolunda ilk addımı atdıq"

Braziliya millisinin futbolçusu David Luiz "DÇ-2014"də Xorvatiyaya qalib gəldikləri oyun (3:1) haqda danışıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi bu qələbə ilə final yolunda ilk addım atdıqlarını deyib: "İlk oyun olduğu üçün heyətdəki bütün futbolçular həyəcanlı idilər. Xorvatiya çox güclü komandadır. Marselonun avtoqolundan sonra oynamaq asan deyildi. Amma biz xarakterimizi göstərərək qalib gəlməyi bacardıq. Bu qalibiyyətlə final yolunda ilk addımı atmış olduq. Bundan sonrakı matçlar da asan olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31