Neymar: "Gözlədiyimdən də yaxşı oynadım"

Braziliya millisinin futbolçusu Neymar "DÇ-2014"də Xorvatiyaya qalib (3:1) gəldikləri oyundan sonra fikirlərini bildirib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşmada iki qol vuraraq komandasının qələbə qazanmasında böyük rol oynayan gənc hücumçu öz oyunundan razı qaldığını deyib: "Gözlədiyimdən də yaxşı oynadım. Bu matçda yeganə istəyim komandamın qələbə qazanması idi. Dünya çempionatına iki qol ilə başlamaq mənim üçün çox sevindirici oldu. Növbəti oyunlarda da bu cür çıxış etməyə çalışacam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31