Braziliya ilkə imza atdı

Braziliya millisi "DÇ-2014"ə bir ilkə imza ataraq başlayıb. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Xorvatiya ilə açılış matçının 11-ci dəqiqəsində yığmanın futbolçusu Marselo öz qapısına qol vurub. Bununla da Braziliya dünya çempionatı tarixində ilk dəfə öz futbolçusunun vurduğu avtoqolla hesabda geri düşüb.

Qeyd edək ki, Braziliya - Xorvatiya görüşü 3:1 hesabı ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31