Portuqaliya şokda: Ronaldo yenə zədələndi
13 İyun 2014 12:31 İdmanPortuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldo yenidən zədələnib.Ulduz futbolçu bir qədər əvvəl keçirilən məşqi yarımçıq tərk edib. Dizindən zədə alan futbolçu məşq meydanını tərk edərkən göz yaşlarını saxlaya bilməyib.Portuqaliya millisi DÇ-2014-ün ilk oyununu iyunun 16-da Almaniyaya qarşı keçirəcək. Ronaldonun həmin oyunda iştirak edib-etməyəcəyi bügünkü həkim müayinəsindən sonra məlum olacaq.
Qeyd edək ki, Ronaldo zədəsini yenicə sağaltmışdı. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31