Bakıda bədii gimnastika üzrə ХХХ Avropa çempionatı başladı
13 İyun 2014 11:33 İdmanBakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb.Trend-in məlumatına görə, Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.Yarışın ilk günündə A, В və С qruplarında yuniorların fərdi təsnifat turniri keçiriləcək. Gimnastlar top və halqa ilə çıxış edəcəklər.Bundan başqa, iyunun 13-də senyorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirəcəkləri qrup komandalarının yarışı da keçiriləcək.Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31