İŞİD sosial şəbəkədə türkləri hədələdi
“Lütfən söyüşlü mesaj yazmayın, sizi bloka salaram”
13 İyun 2014 10:00 İdmanİki gün əvvəl Şimali İraqın Mosul şəhərində 45 nəfəri diplomatik missiyanın üzvü olmaqla 80 türkü girov götürən İŞİD terrorçularının sosial şəbəkədəki üslubu təəccüb doğurur.ANS PRESS-in xəbərinə görə, girov hadisəsi baş verdiyi andan Türkiyə vətəndaşları İŞİD-ə aid sosial şəbəkə səhifəsində terror təşkilatını mesaj bombardımanına tutub.Bəziləri girovların nə vaxt buraxılacağını və ya bu barədə suallar soruşsa da bir çoxları səhifədə təhdid və söyüş məzmunlu mesajlar yazıblar.Terror təşkilatının səhifəsi isə bu cür mesajlara təmkinli cavab yazıblar."Hörmətlə: Məndən türkcə soruşmayın və söyüşlü sözlərdən istifadə etməyin. Mən türkcə bilmirəm. Səni bloka salaram. Təşəkkürlər".Türkiyəli bəzi istifadəçilər isə bu cür cavab qarşısında, "Elə bil baş kəsənlər mənim dədəmdir. Kübarlığa bax" - yazıb.