DÇ-2014-də qarşıdurmalar VIDEO

San Pauloda baş tutan aksiyalarda etirazçılar polisə hücum ediblər

Braziliyada keçirilən futbol üzrə dünya çempionatı ərəfəsində də hökumətə qarşı etiraz aksiyaları davam edib. San Paulo şəhərində baş tutan aksiyaya yüzlərlə etirazçı qatılıb. Etirazçılar ictimai xidmət sahələrinə daha çox diqqət və qayğı göstərmək gərəkdiyi halda, çempionata 8 milyard avrodan çox maliyyə vəsaitinin ayrılmasına qarşı çıxıblar. Aksiya zamanı fəallar rəhbərliyin istefasını tələb edib.San Paulo çempionat oyunlarının keçirildiyi əsas şəhərlərdən biridir.Şəhərin mərkəzi küçələrindən birində toplaşan fəallar təhlükəsizlik qüvvələrinə daş və yanıcı maddələrlə hücum ediblər. Polis isə, gözyaşardıcı qazlar və rezin güllələrlə fəallarla müdaxilə edib. Qarşıdurmalar zamanı geniş miqyasda zorakılıqlar törədilib. Polis ona qarşı çıxan zorakı fəalları həbs edib. Polislə toqquşmalarda azı 5 nəfər xəsarət alıb. Onlardan 2-si CNN telekanalının əməkdaşı olub.Matç öncəsində metropoliten işçilərinin tətil etməsi şəhərdə nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31