Dünya Çempionatının kosmosdan möhtəşəm görüntüləri (FOTO)

NASA Brazilyanın kosmik görüntülərini yayımlayıb

  Futbol üzrə dünya çempionatına ev sahibliyi edən Cənubi Amerikanın ən böyük ölkəsi olan Brazilyanın hər yerində futbol bayramı, futbol həyəcanı davam edir.ANS PRESS-in məlumatına görə, San-Paulonun "Arena Korintians" stadionunda baş tutan builki dünya çempionatının ilk qarşılaşmasında brazilyalılar Xorvatiyanı 3-1 hesabı ilə məğlub edərək, ikiqat bayram ediblər.Ölkənin ən böyük şəhərləri olan Fortaleza, Manaus, Porto Aleqre, Natal, Rio de Janeyro və San Pauloda hamı küçələrdə futbol sevincini qeyd edib.ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) isə Brazilyanın kosmik görüntülərini yayımlayaraq ölkə və onun şəhərləri haqqında məlumat verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31