Yuliya Ratkeviç Olimpia medalını qazana biləcək?
Qadın güləşçimiz ilk döyüşündə Yunanıstan təmsilçisi Maria Prevolaraki ilə üz-üzə gələcək
9 Avqust 2012 11:51 İdmanLondonda keçirilən Olimpiya Oyunlarında güləş yarışlarının beşinci günü 55 kq çəkidə qadın güləşçimiz Yuliya Ratkeviç Olimpiya oyunlarında mübarizə qoşulacaq. ANS PRESS-in məlumatına görə, Bakı vaxtilə saat 17.20-də başlayacaq ilk görüşündə Yuliya Ratkeviçin rəqibi Yunanıstan təmsilçisi Maria Prevolaraki olacaq.
Xatırladaq ki, qadın güləşçilərimizdən ilk olaraq Mariya Stadnik (48 kq) Londonda mübarizəyə qoşulmuşdu. Təmsilçimiz finaladək irəliləyərək yaponiyalı Hitomi Obara iləgörüşmüşdü. Səkkizqat dünya çempionuna məğlub olan güləşçimiz Olimpiadanın gümüş medalını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31