Qaçış yarışı keçiriləcək

İyunun 14-də "YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Tofiq Bəhramov adına Respublika stadionunda qaçış yarışı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, yarışın əsas məqsədi Azərbaycan gəncliyi arasında sağlam həyat tərzini təşviq etməkdir. Qaçış yarışı 1000 metr məsafədə baş tutacaq və 3 yaş qrupu  üzrə keçiriləcək. Qaliblər üçün simvolik mükafatlar - I, II və III yerlər üçün müvafiq olaraq 150, 100 və 50 manat nəzərdə tutulub. Yarışın rəsmi tərəfdaşları "ASAN xidmət", Azərbaycan Respublikası Peyntbol və Atletika federasiyalarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31