“Qəbələ” Sloveniyaya baş məşqçisiz yollandı
12 İyun 2014 13:18 İdmanBolqarıstanlı məşqçi İvaylo Petevin Kiprin AEL klubunda qalmasından sonra "Qəbələ"də qeyri-müəyyənlik davam edir. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, hələ baş məşqçi məsələsində yenilik yoxdur. Bununla belə, komanda nəzərdə tutulduğu kimi, Sloveniyaya yollanıb. Artıq vətəni tərk edən komanda Bakı vaxtı ilə təxminən saat 17:00-da Mərkəzi Avropa ölkəsində olmalıdır. "Qəbələ" Maribor şəhərinə yaxın olan Ptuy şəhərində hazırlıqlarını keçəcək. Komanda 15 günlük hazırlıq müddətində 4 ulduzlu "Grand Hotel Primus"da məskunlaşacaq.
Qeyd edək ki, "Qəbələ" Sloveniyada 5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31