Aliyə Qarayeva bu gün mübarizəyə başlayır

Qarayeva səhnəyə 15-ci çıxacaq

Bu gün azərbaycanlı gimnast Aliyə Qarayeva London Yay Olimpiadasındakı çıxışına start verəcək. Azerisport.az xəbər verir ki, fərdi çoxnövçülük yarışlarında qüvvəsini sınayacaq təmsilçimiz təsnifat mərhələsində 23 idmançı ilə mübarizə aparır.İlk gündə bu qrupda yer alan idmançılar öncə həlqə ilə hərəkətlərdə öz çıxışlarını edəcəklər. Qarayeva səhnəyə 15-ci çıxacaq. Ardından isə topla hərəkətlər yerinə yetiriləcək. Bu dəfə isə Aliyə 16-cı sırada çıxış edəcək.Qeyd edək ki, təsnifat mərhələsinin digər hissəsi sabah keçiriləcək. Belə ki, bu 24 gimnast lentlə və toppuzla yarışlarda da qüvvəsini sınayacaqlar. Finala vəsiqə qazanmaq üçün bütün növlərdə ilk onluğa daxil olmaq lazımdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31