"DÇ-2014"dən sonra millidəki karyeramı başa vuracam"
12 İyun 2014 11:45 İdmanİtaliya millisinin futbolçusu Andrea Pirlo "DÇ-2014" başa çatdıqdan sonra millidəki karyerasının bitirəcək. İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə. bu haqda 35 yaşlı yarımmüdafiəçi jurnalistlərə açıqlamasında deyib: "Millidəki karyeramı başa vurmağın vaxtı yaxınlaşır. Daha gənc futbolçulara şans verilməsini istəyirəm. Ancaq yenidən yığmağa dəvət etsələr, qəbul edərəm. Amma mənə matçlarda şans verilməyən vaxt çox əsəbləşərəm. Buna görə də "DÇ-2014"dən yığmadakı karyeramı başa vurmaq mənim üçün ən yaxşısı olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31