"Hədəfim dünya çempionatının ən yaxşısı olmaq deyil"
12 İyun 2014 11:43 İdmanBraziliya yığmasının hücumçusu Neymar ölkəsində keçiriləcək dünya çempionatı haqda fikirlərini bölüşüb. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, gənc futbolçu mundialın ən yaxşısı olmağı hədəfləmədiyini bildirib: "Hər kəsin gözlədiyi an gəlib çatdı. Azarkeşlərimizdən səbr istəyirəm. Onlar bizim üçün çox önəmlidirlər. Əgər bütün oyunlarda bizi dəstəkləsələr, o zaman Braziliya məğlubedilməz komanda olar. Hədəfim dünya çempionatının ən yaxşısı olmaq deyil. Əsas məqsədim dünya kubokunu qazanmaqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31