“İnter”də baxışda olan futbolçu: Avstriyaya gedəcəyəm
11 İyun 2014 20:30 İdman"Bəli, zədəm var. Ancaq bu, o qədər ciddi deyil". Bunu apasport.az saytına Türkiyə toplanışı zamanı "İnter"də baxışda olmuş belçikalı mərkəz müdafiəçisi Yelle de Bok deyib. "İnter" iyunun 1-dən 10-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında oldu. Bu müddətdə komandanın heyətinə baxışda olan Yelle de Bok qoşuldu. Ancaq o, toplanışın sonlarına yaxın zədə aldığı üçün "bankirlər"in Türkiyədəki afrikalı futbolçularla yoxlama oyununun (6:0) iştirakçısı ola bilmədi. Onun "İnter"in Avstriya toplanışına gedib-getməyəcəyi haqda isə fərqli fikirlər gəzir. Bunu futbolçunun özü ilə dəqiqləşdirmək qərarına gəldik: "Hazırda 8 ildir yaşadığım Hollandiyadayam. Bir neçə gün Eyndhovendə olacağam. Burda özümü həkimə göstərirəm. Sonra Avstriyaya gedəcəyəm. Ancaq ora gedəcəyim tarixi dəqiq bilmirəm. Çünki nə vaxt məşq etməyə hazır olsam, o zaman da "İnter"in Avstriya toplanışı üçün yola düşəcəyəm".
Qeyd edək ki, "İnter" iyunun 13-dən Avstriyada hazırlıqlara başlayacaq.