Mançini "Qalatasaray"dan getməsinin səbəbini açıqladı

"Qalatasaray"la müqaviləmi qarşılıqlı razılıq əsasında ləğv etməyi qərar aldım. Bir məşqçi kimi komandamın tələblərini anlayışla qarşılayırdım". Bu sözləri "Qalatasaray" klubundan ayrılan Roberto Mançini İtaliya mətbuatına açıqlamasında deyib. İtaliyalı mütəxəssis "Cim Bom"dan ayrılmasının səbəbini belə izah edib: "Mən "Qalatasaray"ın təklifini qəbul edərkən komandanın hədəfləri fərqli idi. O zaman qarşıya başqa hədəflər qoyulmuşdu. Komandada olduğum 8 ay müddətində həvəslə çalışaraq Çempionlar Liqasında mübarizə apardıq. Superliqanı ikinci pillədə başa vurub Çempionlar Liqasına vəsiqə qazandıq və ölkə kubokuna yiyələndik. İstanbuldan ayrıldığım üçün təəssüflənirəm. Klub prezidentinə, möhtəşəm azarkeşlərə və mənimlə çalışan hər kəsə təşəkkür edirəm". Xatırladaq ki, R.Mançini 2013-cü ilin oktyabrında Fatih Terimin istefasından sonra "Qalatasaray"ın baş məşqçi vəzifəsinə gətirilmişdi. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31