Bruno Bertuççi "Neftçi"dən gedə bilər
11 İyun 2014 19:45 İdman"Neftçi"nin braziliyalı futbolçusu Bruno Bertuççi karyerasını vətənində davam etdirə bilər. "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov bildirib ki, Braziliya A Seriyasında çıxış edən klublardan biri Bertuççinin xidmətində maraqlıdır. Klub rəsmisi futbolçunun "Neftçi"ni tərk etməsinin əleyhinə olmadıqlarını deyib: "Bertuççiyə Braziliya A Seriyasından təklif gəlib. Ona həmin klubla danışıqlar aparması üçün icazə vermişik. Bizə rəsmi müraciət olan kimi danışıqlara başlayacağıq".
Qeyd edək ki, 24 yaşlı müdafiəçi 2012-ci ildən "Neftçi"də çıxış edir. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31