Mustafa Dənizlidən "Qalatasaray" açıqlaması

"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Mustafa Dənizli "Qalatasaray"ı çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. "Maraton.com.tr"a danışan türkiyəli mütəxəssis xəbərləri təkzib edib: "Qalatasaray"la heç bir danışığım olmayıb. Yayılan xəbərlər doğru deyil".

Qeyd edək ki, Mustafa Dənizli Roberto Mançininin "Qalatasaray"dan ayrılmasından sonra "Cim Bom"un baş məşqçi vəzifəsinə əsas namizədlər sırasında göstərilir. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31