Rəşad Sadiqov rəsmən "Xəzər Lənkəran"da

"Neftçi" klubunun futbolçusu Rəşad Sadiqovun "Xəzər Lənkəran"a keçidi rəsmiləşib. "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. O, bildirib ki,  Rəşad Sadiqov artıq "Xəzər Lənkəran"ın futbolçusudur.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2012-ci ildə "Qarabağ"dan "Neftçi"yə transfer olunmuşdu. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31