Ronaldo: "Dünya çempionatı Balotelli üçün yaxşı fürsətdir"
11 İyun 2014 19:16 İdmanBraziliya millisinin sabiq hücumçusu Ronaldo İtaliya yığmasının forvardı Mario Balotelli haqda maraqlı fikirlər səsləndirib. Ronaldo "tvitter" səhifəsində dünya çempionatının Balotellinin özünü sübut etməsi üçün yaxşı fürsət olduğunu yazıb: "Braziliya Balotellini gözləyir. Ölkəmiz onun oyunundan zövq almaq istəyir. Artıq onun vaxtı gəlib çatıb. Dünya çempionatı özünü sübut etməsi üçün yaxşı fürsətdir. Əgər o, bunu dərk etmirsə, deməli heç nə anlamır". Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31