Bakıda poverliftinq üzrə açıq Avropa çempionatı keçirilir
11 İyun 2014 13:22 İdmanBakıda poverliftinq üzrə açıq Avropa çempionatına start verilir. Çempionat Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Ümumdünya Poverliftinq Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycam Poverliftinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Nazirlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, iyunun 15-dək davam edəcək çempionatda 27 ölkədən 300 nəfərə yaxın idmançı mübarizə aparacaq. İyunun 11-də yarış iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanının ziyarət ediblər. İyunun 12-də isə çempionatın təntənəli açılış mərasimi olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31