Braziliya - Xorvatiya matçının baş hakimi müəyyənləşdi
11 İyun 2014 12:00 İdman"DÇ-2014"ün ilk dörd oyununu idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın FİFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, ev sahibi Braziliya ilə Xorvatiya arasında keçiriləcək açılış matçı 42 yaşlı yapon hakim Yuişi Nişimura tapşırılıb. A qrupunda Meksika - Kamerun oyunu kolumbiyalı Roldan Vilmara həvalə olunub. B qrupundakı İspaniya - Hollandiya görüşünü italiyalı Ritzolli Nikola, Çili - Avstraliya qarşılaşmasını isə Fil Dişi sahilli Doue Noumandiez idarə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31