Pele: "Finalda Braziliya və Uruqvayı görmək istəyirəm"

Braziliya futbolunun canlı əfsanəsi Pele qarşıdakı dünya çempionatı haqda danışıb.  Pele "Sambafoot"a açıqlamasında mundialın finalında Braziliya və Uruqvay yığmalarını görmək istədiyini bildirib: "Oyunlarda 1:0 və ya 2:0 hesabı ilə qalib gəlmək vacib deyil. Əsas rəqibə hörmətlə yanaşmalıyıq. Ola bilər ki, 85 dəqiqə üstün futbol nümayiş etdirərsən, ancaq sonluq uğursuz başa çatar. Ona görə də hər şeyə hazır olmalısan. Finala gəlincə, təbii ki, Braziliyanın həlledici görüşdə oynamasını istəyirəm. Kiminlə? Uruqvayla".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31