Ronaldo: "Messi dünya çempionu olmadan əfsanəyə çevrilib"

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Argentina yığmasının ulduz futbolçusu Lionel Messi haqda danışıb. Ronaldo "The Times of İndia"ya açıqlamasında Messinin dünya çempionu ola biləcəyini deyib: "Messi dünya çempionu ola bilər. Onun hələ 26 yaşı var. Futbol tarixində dünya çempionu olmayan oyunçular belə digərlərindən üstün hesab ediliblər. Əgər dünya çempionu olsan, bu sənə yüksəlmək üçün təkan verir. Lakin çempion olmasan belə, ən yaxşılar sırasında olursan. Messi artıq dünya çempionu olmadan əfsanəyə çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31