Balotelli Braziliyada evlənmə təklifi etdi

İtaliya millisinin futbolçusu Mario Balotelli etdiyi hərəkətlə yenidən gündəmə gəlib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, gənc hücumçu "DÇ-2014" üçün getdiyi Braziliyada sevgilisi Fanni Nequeshaya ad günündə evlənmə təklifi edib. Ulduz oyunçunun evlənmə təklifini isə sevgilisi qəbul edib. Bu barədə Balotellinin özü "İnstaqram" hesabından yazıb: "Sevgilim mənimlə evlənməyə razı oldu. Bu təklifi ona Braziliyada etməliydim. Səni çox sevirəm. Yaxşı ki, varsan".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31