"Neftçi"nin yeni kapitanı məlum oldu

Rəşad Sadiqov “Neftçi”ni kapitan kimi ilk dəfə bu gün Çempionlar Liqasında “Hapoel”lə oyuna çıxaracaq

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan çempionu "Neftçi"nin yeni kapitanı təyin olunub. ANS PRESS-in məlumatına görə, artıq onun yoxluğunda sarğını kimin daşıyacağı da bəlli olub.

Belə ki, paytaxt klubunun vitse-kapitanı müdafiəçi Elvin Yunuszadə təyin olunub. Bu iki futbolçunun yoxluğunda isə komandaya yarımmüdafiəçi Mirhüseyn Seyidov kapitanlıq edəcəkdir.

R.Sadiqov "Neftçi"ni kapitan kimi ilk dəfə bu gün Çempionlar Liqasında "Hapoel" (Kiryat Şmona) ilə oyuna çıxaracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31