Braziliyada bosniyalı məşqçilərə silahlı hücum

Braziliyada Bosniya və Hersoqivina milli komandasının üzvləri həyati təhlükə ilə üzləşiblər. Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Safet Suşiç köməkçiləri ilə San-Paulu şəhəri yaxınlığında şəhər gəzintisinə çıxarkən üç nəfər naməlum silahlı şəxs onlara izləməyə başlayıb. Məlumatda deyilir ki, onlar məşqçilərə qarşı silahlı hücum etməyə hazırlaşərkən qonaq komandanı uzaqdan mühafizə edən polisin müdaxiləsi mümkün qanlı olayın qarşısını alıb. Polis maşının sirenasını eşidən silahlı şəxlər dərhal hadisə yerindən uzaqlaşıblar. Onlardan heç birini yaxalamaq mümkün olmayıb. Otelə qayıdan bosniyalı məşqçilər isə bu olayı təbəssümlə qarşılayıblar. Onlar bildiriblər ki, bir vaxtlar öz ölkələrinin küçələrində daha təhlükəli anlara şahid olublar. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31