Zədə Braziliyanı da "vurdu": Neymar sıradan çıxdı
10 İyun 2014 12:50 İdmanDaha bir ulduz futbolçu "DÇ-2014"də oynamaya bilər. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Braziliya millisinin hücumçusu Neymar turnirin başlamasına iki gün qalmış məşq zamanı ayağından zədələnib. Onun zədəsinin ciddi olub-olmaması tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Marko Roys (Almaniya), Frank Riberi (Fransa), Radamel Falkao (Kolumbiya), Rafael van der Vaart (Hollandiya) kimi futbolçular zədə səbəbindən dünya çempionatında iştirak etməyəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31