"Dünyanın ən yaxşısı Messidir, Ronaldo isə..."

İspaniya millisinin müdafiəçisi Jerar Pike maraqlı fikirləri diqqət çəkib. "Sports İllustrated"ə danışan "Barselona"lı futbolçu klubdakı komanda yoldaşı Lionel Messini dünyanın ən yaxşısı adlandırıb: "Dünyanın ən yaxşı futbolçusu Messidir, daha sonra isə Kriştiano Ronaldo gəlir. Onların heç birisi İspaniya millisində çıxış etmir. Ancaq bizim də Xavi, İniyesta və digər yüksək səviyyəli futbolçularımız var. Baş məşqçimiz Visente del Boske də futbol tarixinin ən yaxşısıdır. O, iki dəfə Çempionlar Liqasını qazanıb, dünya və Avropa çempionu olub". Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31